MEMENTO MORI

n lat. ölümü xatırlama / yaddan çıxarmama

MEMBRANOUS
MEMO
OBASTAN VİKİ
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. == Mənası == Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. == İslamda == İslam Peyğəmbərinin zamanından “ölümün xatırlanması” İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Memento Mori (hekayə)
Memento mori — Conatan Nolan tərəfindən yazılan və Esquire jurnalının 2001-ci il mart sayında dərc edilmiş qısa hekayədir. Qardaşının rejissorluğu ilə çəkilmiş Memento filminin əsası olmuşdur. Bu ad "ölümünü xatırla" mənasına gələn latınca bir ifadənin simvolik və ya bədii ifadəsi olan memento moriyə istinad edir.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. == Həyat və karyera == Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. == Ölüm == Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Mori Motonari
Mori Motonari (yaponca 毛利 元就, 1497-1571) — Senqoku Dziday dönəmində Yaponiyanın Tüqoku bölgəsinin daymyösü. Aki vilayətinin (müasir Xirosima prefekturasının) hakimi olmuşdur. == Həyatı == Mori Motonari 16 aprel 1497-ci ildə Aki vilayətinin Yosida şəhərinin Koriyama qəsrində doğulmuşdur. Mori klanının 14-cü başçısı Mori Xiromotonun ikinci oğlu idi. 1500-cü ildə atası ildə atası ilə birlikdə atası ilə Tadzixi-Saruqake qəsrinə köçmüşdür. 1517-ci ildə onun başçılıq etdiyi ordu Arita-Nakaide döyüşündə Takeda Motosiqenin qoşununu məğlub etmişdir. == Maraqlı faktlar == Mori Motonari məşhur yapon rejissoru Akiro Kurosavanın "Ran" filminin əsas qəhrəmanının prototipidir.
Takaci Mori
Takaci Mori (24 noyabr 1943 - 17 iyul 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 56 oyun keçirib, 2 qol vurub.
Typhlodromus mori
Typhlodromus mori (lat. Typhlodromus mori) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus mori Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bombyx mori
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Mitsuko Mori
Mitsuko Mori (森 光子, Mori Mitsuko, 9 may 1920 və ya 9 may 1923, Kioto – 10 noyabr 2012, Tokio[d]) və ya əsl adı ilə Mitsu Murakami (村上美津, Murakami Mitsu) – Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur. == Həyatı == Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, Çin və Cənub-Şərqi Asiyada konsertlər vermişdir. Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir. "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir. 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan "Horoki" (放浪記, "Bir səyahətçinin dəftərçəsi") adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur.
Memento (film, 2000)
Memento — Kristofer Nolanın rejissorluğu ilə 2000-ci ildə çəkilmiş neo-noir, psixoloji triller filmi. Kristofer bu filmi öz qardaşı Conatan Nolanın yazdığı "Memento mori" adlı qısa hekayəsi əsasında çəkmişdir. IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur. Həmçinin, BBC-nin nəşr etdiyi, dünyada 117 film tənqidçisinin də yer aldığı "21-ci əsrin ən yaxşı filmləri" siyahısında 25-ci sırada yer alıb. Film ilk dəfə 2000-ci ildə Venesiya Film Festivalında nümayiş olunaraq film tənqidçilərin marağına səbəb olur. "Memento" IMDb-ə görə tarixdəki 250 ən yaxşı film arasındadır. Filmin baş qəhrəmanı, sığorta şirkətində araşdırma aparan Leonard Shelby (Qay Pirs) həyat yoldaşına təcavüz edərək onu öldürən qatili axtarır. Əsas çətinlik Leonardın başından ağır xəsarət alması və anteroqrad amneziyası nəticəsində yaddaşında 15 dəqiqədən çox bir şey saxlaya bilməməsidir. O, daim özü üçün qeydlər, fotoşəkillər qoymalı və hətta insanları, məkanları yaddaşında saxlaya bilmədiyi hadisələri xatırlatmaq üçün döymələr etməlidir. İstintaqda ona Teddy (Joe Pantoliano) ləqəbli bir kişi və qız – Natali (Carrie-Anne Moss) kömək edir, lakin o, heç birinə etibar edə bilmir.
Metyu Fontey Mori
Metyu Fontey Mori — okeanoqrafiyanın “atası” kimi tanınır. İlk Atlantik-transın qoyulmasında kömək edib.